XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AMPK və IPC rəhbərləri gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar
İdman 15:33 / 12.04.2022
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov və Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) rəhbəri Endrü Parsons arasında onlayn formatda görüş olub.
AMPK-nın mətbuat xidmətindən verilən məlumata görə, İ.Rəhimov ölkəmizdə Paralimpiya hərəkatının inkişafı sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və gələcək fəaliyyət barədə, eyni zamanda, cari ilin noyabrında keçiriləcək paracüdo üzrə dünya çempionatına hazırlıq barədə məlumat verib.
İ.Rəhimov E.Parsonsun rəhbərliyi altında beynəlxalq Paralimpiya hərəkatının daha da inkişaf etdiyini vurğulayaraq bildirib ki, AMPK IPC-nin gördüyü işlərə gələcəkdə də dəstək verəcək.
AMPK rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə Paralimpiya hərəkatının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb və paralimpiyaçılarımızın Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlığı barədə danışıb.
E.Parsons qeyd edib ki, AMPK beynəlxalq Paralimpiya hərəkatına böyük töhfə verir və həmişə IPC ilə sıx əməkdaşlıq edir. E.Parsons ölkə başçısı İlham Əliyevin Paralimpiya hərəkatına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Daha sonra gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Görüşün yekununda İ.Rəhimov IPC prezidentini Bakıya dəvət edib. E.Parsons isə dəvəti qəbul edərək öz təşəkkürünü bildirib.

27672 oxunub

InvestAZ