XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



32 ölkənin bədii gimnastları paytaxtımızda bir araya gələcəklər
İdman 10:07 / 12.04.2022
Aprelin 22-dən 24-dək gimnastika ictimaiyyətinin diqqəti bir daha Azərbaycanın paytaxtı Bakıya cəmlənəcək. Belə ki, dünyanın ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə təşkil olunacaq dünya kuboku yarışlarında bir araya gələcəklər. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi beşinci beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 32 ölkədən 40-ı fərdi və 60-ı qrup komandasının (10 qrup) üzvü olmaqla 100 gimnastın iştirakı gözlənilir. Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq. Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu dünya kuboku yarışları olacaq.
Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

29192 oxunub

InvestAZ