XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konfrans Liqası: 1/4 final mərhələsində ilk oyunlar başa çatdı
İdman 10:38 / 08.04.2022
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransanın "Marsel" klubu doğma meydanda Yunanıstanın PAOK komandasına 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində qolları Jerson Santos və Dmitri Payet vurublar. Qonaqlardan isə Ömər Əl-Kədduri fərqlənib.
Turnirin favoritlərindən İtaliyanın "Roma" klubu Norveçdə "Budyo Qlimt"ə uduzub - 1:2. İngiltərədə "Lester" və Niderlandın PSV komandası arasında keçirilən görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.
Günün ən məhsuldar oyunu isə Niderlandda qeydə alınıb. Burada "Feyenoord" komandası Çexiyanın "Slaviya" klubu ilə - 3:3 hesablı heç-heçəyə razılaşıb.
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-də təşkil olunacaq.

34984 oxunub

InvestAZ