XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız Avropa birinciliyinə tam heyətlə yollanacaq
İdman 16:24 / 06.04.2022
Aprelin 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi keçiriləcək. Yarışda Azərbaycanın gənc boksçuları da mübarizə aparacaq. Komandamız yarışda tam heyətlə təmsil olunacaq.
Qeyd edək ki, boksçularımız hazırda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirirlər. Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında keçirilən hazırlıqda əsas diqqət taktiki və fərdi çalışmalara yönəlib.
Avropa birinciliyi ərəfəsində təşkil olunan toplanışın son mərhələsi aprelin 10-dək davam edəcək. Gündə 2 dəfə məşq edən komanda birgə hazırlaşdığı Türkiyə və Əlcəzair milliləri ilə sınaq görüşləri də keçirir. Bu da boksçuların hansı formada olması və üzə çıxacaq səhvlərin aradan qaldırılmasına hesablanıb. Komandamız yarışda iştirak etmək üçün aprelin 11-də Türkiyədən Sofiyaya yola düşəcək.

27931 oxunub

InvestAZ