XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Paris Olimpiadasının formatı təsdiqləndi
Olimpiya oyunları 13:39 / 05.04.2022
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının formatını və onların ilkin təqvimini təsdiqləyib.
Yaxın vaxtlarda BOK-un rəsmi saytında 2024-cü il Olimpiya Oyunları üçün Milli Olimpiya komitələri və idmançıların seçilməsinin mümkün yollarını təsvir edən ətraflı sənəd dərc olunacaq. Bildirilir ki, 2024-cü ilin mart-iyun aylarında qayayadırmanma, skeytbordinq, breykdans və velosiped idmanının BMX-fristayl növü üzrə dördgünlük üç turnir-festival keçiriləcək. Bu yarışlarda idmançılar Olimpiadada iştirak etmək hüququ uğrunda mübarizə aparacaqlar.
Həmçinin, "Paris-2024”ün təşkilat komitəsi ilə birlikdə yarış sessiyalarının ilkin başlama və bitmə vaxtları təsdiqlənib. Cədvəl elə planlaşdırılıb ki, bütün olimpiyaçılar təntənəli açılış və bağlanış mərasimlərində iştirak edə bilsinlər. Olimpiadada 32 idman növü üzrə 329 medal dəsti oynanılacaq.
Paris Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

70918 oxunub

InvestAZ