XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız “Böyük dəbilqə” turnirində yarışırlar
İdman 10:36 / 01.04.2022
Bu gün Antalyada cüdo üzrə "Böyük dəbilqə” turnirinə start verilib. 63 ölkədən 500-dən çox cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. Yarışın birinci günündə kişilər arasında 60, 66, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Turan Bayramov Felipe Dakruz (Livan), Rövşən Əliyev Dilşot Xalmatov (Ukrayna), 66 kiloqram çəkidə Yaşar Nəcəfov Adonis Diaz (ABŞ), Orxan Səfərov isə ABŞ-ın digər təmsilçisi İsaiah Ramirez-Lusian Bors Domitresku cütünün qalibi ilə qarşılaşacaq.
Qadınlar arasında isə 48 kq çəki dərəcəsində Şəfəq Həmidova Andrea Stojadinov (Serbiya), Leyla Əliyeva Aliani Kubkarbonnel Julian (Kuba), 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva Qaxar İrmaqambetova (Qazaxıstan) ilə mübarizə aparacaq.
Ümumi mükafat fondu 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur.
Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu iştirak edir.

30347 oxunub

InvestAZ