XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: Bu gün 1/4 finalın son iştirakçıları müəyyənləşəcək
İdman 13:26 / 16.03.2022
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq. Bununla da dörddəbir finalın son iki iştirakçısı müəyyənləşəcək.
İspaniyanın "Vilyarreal” klubu İtaliyada "Yuventus”un qonağı olacaq. Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edəcək. Bu komandalar arasında ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
Gecənin digər oyununda İngiltərənin "Çelsi” klubu Fransada "Lill” komandası ilə qarşılaşacaq. Görüşün baş hakimi italiyalı Davide Massa olacaq. Londondakı ilk qarşılaşmada "zadəganlar” 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu günə qədər "Real Madrid”, "Mançester Siti”, "Liverpul”, "Atletiko Madrid”, "Benfika” və "Bavariya” klubları dörddəbir finala vəsiqəni təmin ediblər.

29059 oxunub

InvestAZ