XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” klubu dünya reytinq cədvəlində irəlilədi
İdman 13:05 / 11.03.2022
Azərbaycanın "Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinq cədvəlində irəliləyib. Ağdam təmsilçisi 300 klubun yer aldığı siyahıda 129 xalla 108-ci pillədə yer alıb. Argentinanın "İndependyente” və "Defensa Xustisiya”, eləcə də Ukraynanın "Şaxtyor" (Donetsk) klubları da eyni xala malikdir.
Ağdam komandası ötən ayla müqayisədə 54 pillə irəliləyib.
Siyahının genişləndirilməsi nəticəsində "Neftçi” cədvələ daxil olub. Hazırda Bakı klubu 81,5 xalla 236-cıdır.
Siyahıya 310 xalla İngiltərənin "Çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (286) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.
Qeyd edək ki, IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alırdı.

29572 oxunub

InvestAZ