XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



«Santyaqo Beranbeu»da «Benzema tamaşası» - FOTO
İdman 10:11 / 10.03.2022
Bu gün Çempionlar Liqasında 1/8 finalın daha iki cavab oyunu keçirilib. Günün maraqla gözlənilən qarşılaşması Madriddə təşkil olunub. Qeyd etdiyimiz kimi, turnirin favorit komandalarından biri olan «Real» bu matça Fransadakı minimal məğlubiyyətlə hazırlaşmışdı. Lakin son illərin geridönüş etməyi ən güclü komandası olan İspaniya təmsilçisi doğma azarkeşlər önündə PSJ səddini keçməyə iddialı görünürdü. İlk hissəni Kilian Mbappenin qolu ilə məğlubiyyətlə tamamlayan Madrid təmsilçisi fasilədən sonra qeyri-adi bir çıxışı ilə yadda qaldı. Hər şey PSJ-nin italiyalı qapıçısı Canluici Donnarumanın qapı xəttində etdiyi kobud səhvdən sonra başladı. Benzema fürsəti əldən vermədi. Bu fransalı futbolçunun matçda vurduğu ilk qol olmadı. 76 və 78-ci dəqiqələrdə rəqib qapısından daha iki top keçirən Benzema öz həmyerlilərini məyus etdi. Madrid «Real»ı bununla özünün «Çempionlar Liqası komandası» olduğunu bir daha sübut etdi.

Çempionlar Liqasında 1/8 finalında "Mançester Siti" doğma meydanda "Sportinq"lə qarşılaşıb. Oyunda qol vurulmayıb. İlk görüşdə 5:0 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi 1/4 finala yüksəlib.



9 mart

"Mançester Siti" - "Sportinq" - 0:0

İlk oyun - 5:0

"Real" - PSJ - 3:1

Qol: Mbappe, 39 (0:1), Benzema, 61 (1:1), 76 (2:1), 78 (3:1)

İlk oyun - 0:1


27535 oxunub

InvestAZ