XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı: Qadın güləşçilərimiz finalın bir addımlığında
İdman 15:40 / 09.03.2022
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Üçüncü yarış günündə qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/4 finalda Makedoniya təmsilçisi Mariya Spirkovska ilə qarşılaşıb. Təmsilçimiz ilk hissədə rəqibinə tam üstünlüklə qalib gəlib - 13:2.
55 kq-dakı Elnurə Məmmədova eyni mərhələdə Mariya Martinçuku (Slovakiya), 68 kq-dakı Nigar Mirzəzadə isə onun həmyerlisi Olqa Maslovskayanı məğlub edib.
Ş.Nəzərova finala gedən yolda Şeker Şimonetta (Macarıstan) ilə, E.Məmmədova Samoil Mihaela (Moldova) ilə, N.Mirzəzadə isə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

29007 oxunub

InvestAZ