XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Güləşçimiz Plovdivdə Avropa çempionu adını qazandı
İdman 11:10 / 09.03.2022
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilir. İlk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü çıxış edib. Mübarizəyə 1/4 finaldan başlayan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ziyanın yarımfinalda rəqibi bolqar İlya Mustakov olub. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Babaşov rəqibi üzərində 6:1 hesablı inamlı qələbə qazanaraq Avropa çempionatının finalına adlayıb. Ziya martın 8-də həlledici görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşıb. Rəqibinə 0:3 hesabıyla uduzan Babaşov Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqarıstanlı Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Həmyerlimiz 1/4 finalda macarıstanlı Kriştofer Klanyiyə də heç bir şans verməyərək (7:0) adını yarımfinala yazdırıb. Xasay yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1 hesabı ilə xalçadan məyus yola salan X.Həsənli finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcüstanlı Davit Soloqaşviliylə mübarizə aparıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən həmyerlimiz görüşün taleyini elə ilk hissədə həll edib. Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gələn Xasay Avropa çempionu olub.
Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Ancaq rəqib finaladək irəlilədiyi üçün Laçın martın 8-də türk Muhutdin Sarıçiçeklə təsəlliverici görüşə çıxıb və qarşılaşmadan qalib ayrılıb - 7:5. Həlledici görüşdə erməni Gevorq Tadevosyanla üz-üzə gələn Vəliyev gərgin mübarizə şəraitində keçən bu qarşılaşmanı da öz hesabına yazaraq (6:5), Avropa çempionatının bürünc medalını əldə edib.
Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı qələbəylə (13:5) yarımfinala vəsiqə əldə edib. Sərxan finala çıxmaq uğrunda türk Fatih Bozkurtla qüvvəsini sınayıb və görüşdən məğlub ayrılıb - 6:13. Məmmədov martın 8-də yunan Nikolaos Ntuniasla üçüncü yer üçün güləşəcək.

33511 oxunub

InvestAZ