XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sumqayıtda İdman həftəsi
İdman 13:23 / 05.03.2022
Martın 1-4-də Kapital Bank Arenada Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman gününə həsr edilmiş İdman həftəsi çərçivəsində mini futbol üzrə şəhər birinciliyi keçirilib. 2010-2011-ci illər təvəllüdlü oğlanlar arasında keçirilən yarışda Sumqayıt Futbol Klubuun idmançıları bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. "Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt 1 nömrəli İOEUGİŞM-nin və İOEUGİM-nin komandaları isə müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.
İdman həftəsi çərçivəsində keçirilən növbəti yarış isə stolüstü tennis üzrə 3-4 mart tarixlərində "Sumqayıt Bulvarı” ərazisində yerləşən "Qarabağ” NN stolüstü tennis klubunun bazasında keçirilib. 2004-2006, 2007-ci illər və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən şəhər birinciliyi şəхsi, qoşa və qarışıq qoşa хarakteri daşıyıb. Bu yarışıda da qalib adı uğrunda 60-a yaxın yeniyetmə mübarizə aparıb.
Yarışların qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, kubok, medal və hədiyyələrlə təltif olunublar.


29887 oxunub

InvestAZ