XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Veteranlar gənclərlə görüşdülər
İdman 17:41 / 03.03.2022
"İdman həftəsi” çərçivəsində martın 3-də idman veteranları ilə gənc atletlərin görüşü təşkil edilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, idman ictimaiyyətinin nümayəndələri Elşad Nərimanov, Rəfiqə Şabanova, Lüdmila Şubina, Çingiz İsmayılov, Məryəm Bağbanlı, Bəxtiyar Ağaxanov, Məhəmməd Müslümzadə, Svetlana İşməmmədova və digər idman veteranları iştirak ediblər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə veteranlar öz uğurları ilə bağlı xatirələrini gənc idmançılarla bölüşüb, onların suallarını cavablandırıblar.


28429 oxunub

InvestAZ