Bakıdakı yarışda 21 ölkədən gəlmiş gimnastlar yarışacaq
İdman 15:24 / 01.03.2022
Martın
3-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 12-ci
dünya yaş qrupları yarışlarına start veriləcək. Azərbaycan Gimnastika
Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda 21 ölkədən 466
gimnastın iştirak edəcəyi gözlənilir. Yarışda idmançılar 12-18 və 13-19
yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər,
kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər
proqramında qüvvələrini sınayacaqlar.
Martın 6-dək davam edəcək
turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan
Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən
ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq
cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın
qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova,
Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.
36051 oxunub