XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tədqiqatçı alimin yeni kitabı işıq üzü gördü
İdman 17:20 / 28.02.2022
Prezident təqaüdçüsü, Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevin redaktorluğu ilə "Tokio-2020” adlı yeni kitabı işıq üzü görüb.
Kitabda Azərbaycanda bədən tərbiyəsi və idmana dövlətin diqqət və qayğısı, Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında və XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdikləri nailiyyətlər geniş təhlil edilib.
Kitab Milli Olimpiya Komitəsinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, doktorantlar, bakalavrlar, magistrlər, ali və orta məktəb müəllimlərinin, tələbə və şagirdləri, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
6 fəsildən ibarət olan kitab məktəblilər, idman ictimaiyyəti, eləcə də bu sahədə təhsil alan tələbə gənclər üçün faydalı vəsait olacaq.

27953 oxunub

InvestAZ