XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konfrans Liqası: “Qarabağ” bu gün "Marsel"lə qarşılaşacaq
İdman 11:24 / 24.02.2022
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan "Qarabağ" klubu Bakıda Fransanın "Marsel” klubu ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 21:45-də başlayacaq. Matçın baş hakimi polşalı Bartoş Frankovski olacaq.
Qurban Qurbanovun yetirmələri mərhələni keçmək üçün ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır. Səfər qolu qaydası ləğv olunduğundan, iki matçın nəticəsinə əsasən qeydə alına biləcək mümkün heç-heçə qarşılaşmanın əlavə vaxta və ehtiyac yaranarsa, penaltilər seriyasınadək uzanmasına səbəb olacaq.
Qeyd edək ki, bu komandalar arasında Marseldə oynanılan görüş Fransa təmsilçisinin 1:3 hesablı qələbəsi ilə başa çatmşdı.

31344 oxunub

InvestAZ