XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Güləşçilərimiz bu gün ilin ilk reytinq turnirində mübarizəyə başlayırlar
İdman 10:43 / 24.02.2022
Bu gün İstanbulda Yaşar Doğu, Hamit Kaplan və Vehbi Əmrənin xatirəsinə həsr olunmuş güləş üzrə ilk reytinq turnirinə start veriləcək. Yarışlar güləşin hər 3 növü üzrə keçiriləcək. Yunan-Roma güləşi üzrə millimiz üçün bu turnir ilin ilk yarışı olacaq. Baş məşqçi Aleksandr Tarakanovla böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Arif Niftullayev (hər ikisi 97 kq) və Beka Kandelaki (130 kq) ölkəmizi təmsil edəcəklər.
Qadınlardan ibarət millimizin baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) uğur qazanmağa çalışacaqlar.
Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında isə İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad Ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (97 kq) sərbəst güləş üzrə yarışda mübarizə aparacaqlar.
Qeyd edək ki, fevralın 27-dək davam edəcək reytinq turnirində beynəlxalq dərəcəli hakimlərimizdən Sədi Quliyev və Natiq Hacıyev ədaləti qoruyacaqlar.

31407 oxunub

InvestAZ