XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Zadəganlar” doğma meydanda qələbə qazandılar, Qoca sinyora” isə səfərdən heç-heçə ilə qayıdır
İdman 09:23 / 23.02.2022
Futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib. İtaliyanın "Yuventus" klubu İspaniyada "Vilyarreal" komandası ilə qarşılaşıb. Almaniyalı baş hakim Daniel Zibertin idarə etdiyi oyun 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 32-ci saniyədə açılıb. "Qoca sinyora”nın hücumçusu Duşan Vlahoviç erkən qolla komandasını irəli çıxarıb. Lakin qonaqlar qələbə hesabını qoruya bilməyiblər. Matçın 66-cı dəqiqəsində "Vilyarreal”ın futbolçusu Daniel Parexo heabı bərabərləşdirib. Bu oyunda vurulan son qol olub.
Turnirin son qalibi "Çelsi" (İngiltərə) doğma meydanda Fransanın "Lill" klubu ilə qarşılaşıb. İspaniyalı FIFA referisi Xesus Hil Mansanonun idarə etdiyi oyunda meydan sahibləri qələbə qazanıblar -2:0. "Zadəganlar”ın heyətində 8-ci dəqiqədə Kay Haverts və 63-cü dəqiqədə Kristian Pulişiç fərqlənib.
Bu komandalar arasında cavab oyunları martın 16-də təşkil olunacaq.

29981 oxunub

InvestAZ