XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: Pley-off mərhələsinin ilk oyunlarına yekun vuruldu - FOTO
İdman 10:10 / 18.02.2022
UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İspaniyada "Sevilya”nın qonağı olub. Zaqreb təmsilçisi 1:3 hesabı ilə rəqibinə məğlub olub. M.Emreli görüşün 57-ci dəqiqəsində Deni Yuriçin əvəzinə meydana daxil olub.
"Atalanta” İtaliyada Yunanıstanın "Olimpiakos" klubunu qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Portu" Portuqaliyada İtaliyanın "Latsio" klubunu eyni hesabla üstələyib.
Qeyd edək ki, Avropa Liqasında cavab qarşılaşmaları bir həftə sonra olacaq.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1;
"Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 2:1;
"Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya) - 2:2;
"Portu" (Portuqaliya) - "Latsio" (İtaliya) - 2:1;
"Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 1:1;
"Zenit" (Rusiya) - "Betis" (İspaniya) - 2:3;
"Şerif" (Moldova) - "Braqa" (Portuqaliya) - 2:0;
"Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya) - 2:4.



46649 oxunub

InvestAZ