XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” Fransada tarixi oyununa çıxıb
İdman 09:30 / 18.02.2022
Azərbaycanın "Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Ağdam təmsilçisi tarixi matçda Fransanın "Marsel" klubu ilə qarşılaşıb. "Velodrom" stadionunda təşkil olunan oyunda qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Monteneqrolu FIFA referisi Nikola Dabanoviçin idarə etdiyi qarşılaşmada hesabı 41-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Arkadiuş Milik açıb. Cəmi üç dəqiqə sonra A.Milik yenidən fərqlənərək dubla imza atıb. Lakin Ağdam təmsilçiləri 85-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Kadi Borges komandasının ilk qolunu vurub. Lakin Dimitri Payet əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə, görüş "Marsel” komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması fevralın 24-də Bakıda keçiriləcək.


29668 oxunub

InvestAZ