Çakır heyətini Almaniyaya aparır
İdman 13:19 / 16.02.2022
Türkiyəli FIFA referisi Cüneyt Çakır UEFA-dan 2022-ci ilin ilk təyinatını alıb. Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Leyptsiq” - "Real Sosyedad” oyununu idarə edəcək. Qırx beş yaşlı hakimə Bahattin Duran və Tarık Ongun dəstək verəcək.
Qeyd edək ki, "Leyptsiq” - "Real Sosyedad” görüşü fevralın 17-i keçiriləcək.
28901 oxunub