XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Zadəganlar” klublararası dünya çempionatının qalibi olub
İdman 10:03 / 14.02.2022
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının qalibi müəyyənləşib. Bu İngiltərənin "Çelsi” klubudur. London təmsilçisi həlledici görüşdə Braziliyanın "Palmeyras” komandasını məğlub edib.
Görüşdə hesabı "Çelsi” klubu matçın 55-ci dəqiqəsində açıb. Romelu Lukaku fərqlənib. Doqquz dəqiqə sonra "Palmeyras” klubu hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi penaltini Rafael Veiga dəqiq yerinı yetirib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə vaxt oynanılıb.
İkinci əlavə vaxtın sonuna yaxın (117-ci dəqiqə) Kay Havertz 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının vacib qoluna imza atıb. Beləliklə, "Çelsi” klubu tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub.
Turnirin üçüncü yer uğrunda matçında isə "Əl-Hilal” klubu "Əl-Əhli” komandasına böyük hesabla məğlub olub - 4:0.
Qeyd edək ki, Klublararası dünya çempionatının ötənilki qalibi Almaniyanın "Bavariya” komandası olub.

29275 oxunub

InvestAZ