XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqada növbəti turun cədvəli açıqlanıb
İdman 15:00 / 14.02.2022
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Turun üç qarşılaşması iki günü əhatə edəcək. Turun "Qarabağ” - "Sumqayıt” oyunu isə təxirə salınıb. Ağdam klubu UEFA Konfrans Liqasının pley-offunda Fransanın "Marsel” klubu ilə görüşlərə daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. PFL "köhlən atlar”ın ölkə idmanı üçün vacib olan matçlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və "Sumqayıt” klubunun razılığını rəhbər tutaraq qarşılaşmanın mayın 12-də oynanılması ilə bağlı qərar çıxarıb. Qeyd edək ki, "Qarabağ” "Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də Bakıda keçirəcək.

Azərbaycan Premyer Liqası
XVI tur

19 fevral (şənbə)
15:00. "Qəbələ” - "Səbail”
Qəbələ şəhər stadionu
17:15. "Neftçi” - "Keşlə”
"Bakcell Arena”
20 fevral (bazar)
17:00. "Zirə” - "Sabah”
Zirə İdman Kompleksinin stadionu

29453 oxunub

InvestAZ