XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçularımız Türkiyədə 5 medala sahib çıxıblar
İdman 11:35 / 14.02.2022

Türkiyənin Antalya şəhərində taekvondo üzrə "Turkish Open” turniri keçirilib. 49 ölkədən 1250 taekvondoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar.
Yarışda iştirak edən taekvondoçularımız turniri 1 qızıl və 4 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalı Olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev (87 kq) qazandırıb. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan 33 yaşlı idmançımız türkiyəli Ekrem Əli Yılmazı, cənubi koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu məğlub edərək qızıl medala sahib olub.
Bürünc medalları isə kişilərdən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq), qadınlardan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) əldə edib.


27973 oxunub

InvestAZ