XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib
İdman 10:30 / 14.02.2022
2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib. Yarış iyunun 12-də saat 15:00-da başlayacaq.
Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yayımladığı yarış proqramında qeyd olunub.
İyunun 10-da saat 15:00-da və 18:00-da iki sərbəst yürüş təşkil olunacaq.
Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da təsnifat mərhələsi olacaq.
Xatırladaq ki, Formula 1-in builki mövsümü rekord sayda - 23 mərhələdən ibarət olacaq. Mövsüm martın 20-də Bəhreyndə başlayacaq, noyabrın 20-də Əbu-Dabi Qran-Prisi ilə yekunlaşacaq.

28669 oxunub

InvestAZ