XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Uembli” boks qarşılaşmasına ev sahibliyi edəcək
İdman 11:00 / 15.02.2022
Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri növbəti döyüşünü aprelin 23-də həmyerlisi Dillian Uayta qarşı Londondakı "Uembli” stadionunda keçirə bilər. T.Fyuri sonuncu dəfə 2021-ci il oktyabrın 9-da Las-Veqasda amerikalı Deontey Uaylderlə qarşılaşıb və 11-ci raundda nokautla qalib gəlib.
Otuz üç yaşlı Fyurinin aktivində 31 qələbə və bir heç-heçə var. Onunla həmyaşıd olan Uayt isə karyerası ərzində 28 qələbə qazanıb, iki dəfə məğlub olub.

29433 oxunub

InvestAZ