XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Güləş üzrə Azərbaycan çempionatında ikinci günə start verilib
İdman 15:21 / 09.02.2022
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı davam edir. Ölkə birinciliyi milli komandalara seçim xarakteri daşıyır. Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.
Yarışın sonuncu günündə - fevralın 10-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

30345 oxunub

InvestAZ