XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pekin-2022: Fiqurlu konkisürənimizin sərbəst proqramda çıxış edəcəyi sıra nömrəsi müəyyənləşdi
İdman 10:00 / 09.02.2022
Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsevin Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi müəyyənləşdi. 21 yaşlı idmançı ikinci qrupda mübarizə aparan ilk konkisürən olacaq.
V.Litvintsev ilk altılıqdan sonra yeddinci sırada məharətini göstərməyə çalışacaq. Yarış fevralın 10-da Bakı vaxtı ilə saat 5:30-da start götürəcək. Azərbaycan təmsilçisinin yer aldığı qrupda Brendan Kerri (Avstraliya), Denis Vasilyev (Latviya), Mark Kondratyuk (Rusiya Olimpiya Komitəsi), Adam Siao Him Fa (Fransa) və Matteo Ritso (İtaliya) da yer alıblar.
Təmsilçimiz qısa proqramda 84,15 xalla 18-ci olub və ilk "24-lüy”ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. "Pekin-2022” Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

36276 oxunub

InvestAZ