Pekin-2022: Təmsilçimiz qısa proqramla çıxış edib - FOTO
İdman 08:49 / 08.02.2022
Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev fevralın 8-də fərdi yarışlarda qısa proqramla çıxış edib. Kanada, İsveç, İsveçrə, Estoniya və Çin atletlərinin yarışdığı birinci qrupda mübarizə aparan idmançımız 84,15 bal toplayıb. O, fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında da çıxış edəcək.
30066 oxunub