XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



«Real»ın yolu "San-Mames"də başa çatdı
İdman 11:04 / 04.02.2022
İspaniya Kubokunun 1/4 final matçında Bilbao "Atletik" Madrid "Real"ını qəbul edib. Qarşılaşma Bilbao şəhərinin "San-Mames" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın yeganə qolunu 89-cu dəqiqədə vurub - "Atletik"in 26 yaşlı ispaniyalı cinah oyunçusu Alexandro Berenqer fərqlənib. "Kral klubu" bununla da turnirdə iştirakını başa vurub
Yarımfinal cütlükləri daha sonra püşkatma yolu ilə müəyyən ediləcək. Xatırladaq ki, daha əvvəl bu mərhələdə "Betis” səfərdə "Real Sosedad”ı darmadağın edib (4:0), "Valensiya” "Kadis”ə qalib gəlib (2:1), "Malyorka” isə "Rayo Valyekano”ya uduzub (0:1).

28304 oxunub

InvestAZ