XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mahir Emreli: ““Dinamo”nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram”
İdman 17:13 / 03.02.2022
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqrebin "Dinamo” klubuna keçidi barədə danışıb.
Polşanın "Legiya” klubundan ayrılaraq Xorvatiya təmsilçisinə transfer olunan hücumçu "Dinamo”nun öz ölkəsində çempionluq qazandığını və xüsusən, son illər avrokuboklarda yüksək keyfiyyət sərgilədiyini vurğulayıb:
"Dinamo"ya Xorvatiyada və ölkə xaricində böyük hörmətlə yanaşırlar. Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm. Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur. Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və "Dinamo"nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram".
M.Emrelinin sözlərinə görə, "Dinamo" bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibdir. Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm".
Qeyd edək ki, Polşa "Legiya"sı ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşməyə imza atıb.


28522 oxunub

InvestAZ