XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qış Olimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyəti artıq Pekindədir
İdman 16:08 / 02.02.2022

Qış Olimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyəti artıq Çinin paytaxtı Pekinə çatıb. Azərbaycan komandasının şef de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Marketinq İdarəsinin müdiri Mehman Kərimov, "Olimpiya Dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Beynəlxalq proqramlar üzrə katibi Ceyhun Rəhmanov yer alıblar.

Nümayəndə heyətinin digər üzvləri Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən yola düşəcəklər.

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası fevralın 4-dən 20-dək keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmə növündə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.

Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvintsev fevralın 8-də və 10-da yarışacaq. Fevralın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Y.Ryabovanın yarışı yanvarın 15-də və 17-də baş tutacaq. Hər iki idmançımız və məşqçilər Aleksey Çetvertuxin, Aleksey Ryabov Pekinə Moskvadan yola düşəcəklər.


31872 oxunub

InvestAZ