XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qrossmeysterimiz Veyk-an-Zee turnirində ikinci yeri tutdu
İdman 15:35 / 31.01.2022
Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess” turnirinə yekun vurulub. Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov sonuncu turda ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Ş.Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub. Qrossmeysterimiz kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü yeri tutub. 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə yarışın qalibi adını qazanıb.

28818 oxunub

InvestAZ