XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



FİDE yeni reytinq siyahısını açıqladı
İdman 11:34 / 01.02.2022
Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb. İlk onluqda Azərbaycanın bir təmsilçisi yer alıb. Dünya reytinqində doqquzuncu sırada yer alan Şəhriyar Məmmədyarovun (2767 xal) mövqeyi dəyişməyib. Digər şahmatçımız Teymur Rəcəbov (2753 xal) da əvvəlki kimi 14-cü sıradadır.
Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz var. Belə ki, Qədir Hüseynov (2661 xal) 76-cı, Rauf Məmmədov isə (2656 xal) 87-ci pillədə qərarlaşıblar.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2865 xal) başçılıq edir. İkinci pillədə Fransanı təmsil edən gənc istedad Alireza Firuzca (2804 xal), üçüncü yerdə isə çinli Liren Dinq (2799 xal) yer alıblar.
Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımız Günay Məmmədzadə 2470 xalla 24-cü, Gülnar Məmmədova (2387 xal) 66-cı, Xanım Balacayeva (2376 xal) 80-ci pillədə qərarlaşıblar.
Qadınların reytinq cədvəlində birinci pilləni çinli Hou Yifan (2658 xal) tutur. Rusiyalı Aleksandra Qoryaçkina (2610 xal) və hindistanlı Hampi Koneru (2586 xal) sonrakı iki pillədə qərarlaşıblar.

30649 oxunub

InvestAZ