XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya kubokunu qalibi olan komandamız Vətənə qayıdıb
İdman 10:16 / 01.02.2022
İsveçrənin Sankt-Morits şəhərində qarüstü polo üzrə 37-ci dünya kubokunun qalibi olan "Land of Fire” komandası Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Atcılıq Federasiyasının nümayəndələri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, 6 komandanın iştirak etdiyi turnirdə komandamızın ilk görüşdəki rəqibi "Perrier Jouet” komandası olub. Oyunda inamlı qələbə qazanmış komandamız 2019-cu ilin qalibi "Badrutts Palace” ilə yarımfinal matçında əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib və turnirin həlledici final qarşılaşmasında "Clinique La Prairie” ilə üz-üzə gəlib.
Final oyununa rəqib komanda reqlamentə uyğun olaraq yarım xal fərqlə öndə başlayıb. Lakin buna baxmayaraq, "Land of Fire" komandası prinsipial oyunun bütün komponentlərində rəqibdən üstün olaraq 6-2,5 xal hesabı ilə qələbə qazanıb.
Beləliklə, Azərbaycan poloçuları tarixdə ilk dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi adını qazanıb.



28693 oxunub

InvestAZ