XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Nadal “yaşıl qitə”də rekorda imza atıb
İdman 11:21 / 31.01.2022
Tennis üzrə Avstraliya Açıq çempionatında (Australian Open) kişilərin fərdi mübarizəsində qalibin adına aydınlıq gəlib. Finalda ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev üz-üzə gəlib. Qarşılaşma R.Nadalın 3:2 (2:6, 6:7, 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə başa çatıb. İlk iki setdə D.Medvedev qələbə qazansa da növbəti 3 setdə 36 yaşlı raket ustası rəqibinə şans verməyib.
Böyük Dəbilqə seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Roje Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.
Qeyd edək ki, qadınların fərdi mübarizəsində qalib adını avstraliyalı Eşli Barti qazanıb. O, iki saatdan çox davam edən turnirin həlledici görüşündə amerikalı Daniel Kollenzə qalib gəlib - 6:3, 7:6 (7:2). Bununla da E.Barti 44 il sonra "Australian Open” turnirində qalib gələn ilk yerli tennisçidir. Sonuncu dəfə bu turnirdə qalib gələn avstraliyalı tennisçi Kris Oneil olub. O, 1978-ci ildə "Australian Open” turnirinin qalibi adını qazanıb.

28565 oxunub

InvestAZ