XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Atletimiz Almaniyada mükafatçılar sırasında yer aldı
İdman 10:48 / 31.01.2022
Azərbaycan atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən "World Indoor Tour” (Gold Level) turnirində gümüş medal qazanıb. Üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 16,76 metr nəticə ilə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
N.Babayev Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qələbəsini onlara həsr etdiyini göstərib.
Qeyd edək ki, turnirdə birinci yeri yunanıstanlı atlet Andreas Pantazis (16,79 metr) tutub. Almaniyalı idmançı Maks Hess isə 16,71 metr göstərici ilə yarışda üçüncü yerə sahib çıxıb.

29702 oxunub

InvestAZ