XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” “Marsel”lə ilk oyununu neytral ölkədə keçirəcək?
İdman 13:11 / 28.01.2022

Ağdamın "Qarabağ” klubunun Fransada "Marsel”ə qarşı keçirməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə oynanıla bilər. Buna səbəb "Qarabağ” klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır. Mənbənin məlumatına görə, Avropa futbol qurumu məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.

Qeyd edək ki, "Qarabağ” klubu "Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu ayın 24-də evdə keçirəcək.


30323 oxunub

InvestAZ