XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



1 nömrəli İOEUGİŞM ili uğurla başa vurub
İdman 11:26 / 20.01.2022
Yanvarın 10-da Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində 2021-ci ildə görülən işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı videokonfrans keçirilib.
Videokonfransda təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları iştirak ediblər.
Videokonfransda nazir müavini F.Qurbanov bildirib ki, "Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin 2021-ci ildə Avropa çempionatlarında, MDB oyunlarında, respublika çempionatlarında və beynəlxalq miqyaslı yarışlarda yüksək idman naliyyətləri qazanıblar. Məhz buna görə respublikada fəaliyyət göstərən idman məktəbləri arasında xüsusi ilə fərqlənərək birinci yerdə olduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, "Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançı-şagirdləri 2021-ci ildə beynəlxalq yarışlarda 33 medal (13 qızıl, 6 gümüş, 14 bürünc), respublika yarışlarında 52 medal (16 qızıl, 13 gümüş, 23 bürünc) əldə ediblər.

37008 oxunub

InvestAZ