XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov cüdo yarışlarını izləyib
İdman 22:51 / 15.01.2022
Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub. Bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kiloqram çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov nazirə qarşıdakı yarışlar, planlar və tədbirlər barədə məlumat veriblər.


29349 oxunub

InvestAZ