XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Real Madrid" El-Klasiko”da qalib gələrək finala vəsiqə qazandı
İdman 09:35 / 13.01.2022

Futbol üzrə İspaniya Super Kubokunda ilk finalçının adına aydınlıq gəlib. Bu, Səudiyyə "El-Klasiko”da Barselonaya qalib gələn Madridin "Real” klubudur. "Kral klubu” Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan matçda 3:2 hesablı qələbə qazanaraq finala adını yazdırıb. Matçda hesab 25-ci dəqiqədə açılıb. Vinisius Junior "Real”ı hesabda önə çıxarıb. Matçın 41-ci dəqiqəsində Kataloniya təmsilçisinin heyətində Lük de Yonq fərqlənərək bərabərlik qolunun müəllifi olub. İlk hissə elə bu hesabla da başa çatıb. Oyunda hesab birdə matçın 72-ci dəqiqəsində dəyişib. "Kral klubu”nun heyətində Kərim Benzema komandasını yenidən hesabda irəli çıxarıb. Lakin "blankos” qələbə hesabını sona qədər qoruya bilməyib. Qoldan 11 dəqiqə sonra meydana sonradan daxil olan Ansu Fati "Barselona”nın bərabərlik qolunu vurub. Beləliklə, 90 dəqiqədə qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 98-ci dəqiqədə 3-cü topu rəqib qapısından keçirən Federiko Valverde "Real Madrid”i yenidən hesabda irəli çıxarıb. Tərəflərin cəhdlərinə baxmayaraq bu, oyunda son qol olub. Beləliklə, "Real” komandası finala vəsiqə qazanıb. Bu, madridlilərin El-Klasikolar tarixində 100-cü qələbəsi olub.

"Real Madrid"in finaldakı rəqibi bu gün keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin qalibi olacaq. Final qarşlaşması isə yanvarın 16-da təşkil olunacaq.


44018 oxunub

InvestAZ