Federasiyada yeni idman direktoru
İdman 16:45 / 11.01.2022
Ukraynalı mütəxəssis Oleq Berezovski Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVIF) idman direktoru vəzifəsinə təyin edilib.
AzVİF-in mətbuat xidmətindən bildiriblər ki, federasiyanın prezidenti Mədət Quliyev yeni idman direktoru ilə görüşüb.
Söhbət zamanı qarşıya qoyulan hədəflərdən danışan federasiya prezidenti yeni idman direktoruna fəaliyyətində uğurlar arzulayıb.
36202 oxunub