Makqreqor üç dəqiqəyə 22 milyon pul qazanır
İdman 15:00 / 11.01.2022
«Olbq»saytı
UFC-də ən çox pul qazanan idmançıların siyahısını tərtib edib. Belə ki,
irlandiyalı Konor Makqreqor oktaqona çıxdığı andan etibarən bir dəqiqə
ərzində milyonlar qazanır. Daha ətraflı desək, ötən il amerikalı Dastin
Porye ilə görüşdə bir dəqiqəyə 8,69, üç dəqiqəyə isə 22 milyon dollar
əldə edib. İkinci pillədə Makqreqorun davamçısı adlanan meksikalı Saul
Alvares yer alıb. Onun dəqiqə ərzində hesabına 444 min dollar köçür.
Amerika futbolunda böyük nüfuz qazanan Dak Preskotun dəqiqə rzində
qazancı 325 min dollar təşkil edir.
36465 oxunub