XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Vüqar Həşimovun anım günüdür
İdman 12:10 / 11.01.2022
Bu gün Azərbaycanın məşhur şahmatçısı, üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun anım günüdür.
V.Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.
O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası adından çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada yığmamızın tərkibində olub.
Həşimov 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı), 2011-ci ildə isə Avropa çempionatının gümüş medalını əldə edib. O, 2010-2011-ci illərdə İtaliyada müntəzəm olaraq keçirilən "Reccio Emilia” turnirinin qalibi adını qazanıb.
Vüqar Həşimov beyində bədxassəli şişlə (xərçəng) əlaqədar 2014-cü il yanvarın 11-də Almaniyanın Haydelberq şəhərindəki klinikada dünyasını dəyişib. Ölümündən sonra – 2014-cü ilin iyulun 24-də onun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Ona bürüncdən olan abidə ucaldılıb.

27955 oxunub

InvestAZ