XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Məhkəmə Novak Cokoviçlə bağlı qərarını verdi
İdman 13:42 / 10.01.2022
Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçlə bağlı yekun qərarını açıqlayıb. 35 yaşlı idmançı məhkəmə iddiasını udub. Hakimin sözlərinə görə, N.Cokoviçin vizası əsassız ləğv edilib. Məhkəmə dünyanın bir nömrəli raket ustasının karantin hotelindən buraxılmasına qərar verib. Onun pasportu və şəxsi əşyaları geri qaytarılıb.
Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub. Tennisçi Avstraliya açıq çempionatında iştirak etmək üçün Melburna gəlib və bu ölkənin sərhəd xidməti tərəfindən aeroportda saxlanılıb. Tennisçidən ölkəni tərk etmək xahiş olunub.
Qeyd edək ki, məsələ ilə bağlı Avstraliyanın Baş naziri Skott Morrison hamının qanun qarşısında bərabər olduğunu deyərək, heç kəsin qanunlardan üstün olmadığını bildirmişdi.
Serbiya Prezidenti Aleksandr Vuçiç Melburnda karantinə alınan tennisçiyə zəng edərək həmişə onun yanında olduğunu bildirmişdi.
O, hazırda ölkədə sığınacaq axtaranların məskunlaşdığı "The Park Hotel"ə yerləşdirilib.
Avstraliya açıq çempionatı yanvarın 17-dən 30-dək keçiriləcək.
Qeyd edək ki, 34 yaşlı tennisçi "Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə "Australian Open”, 6 dəfə "Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə "Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.


30177 oxunub

InvestAZ