XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kamerun Afrika Millətlər Kubokuna qələbə ilə başladı
İdman 01:54 / 10.01.2022
Futbol üzrə Afrika Millətlər Kubokuna start verilib. Turnirin açılış matçında Kamerun millisi Burkina Faso ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -2:1. Turnirin ilk qolunun müəllifi qonaqların futbolçusu Qustavo Sangare olub. O, 24-cü dəqiqədə hesabı açmağa nail olub. Lakin Burkina Faso komandasının bu üstünlüyü cəmi 16 dəqiqə çəkib. Matçın 40-cə dəqiqəsində Vinsent Abubakar fərqlənərək hesabı bərabərləşdirib. V.Abubakar ilk hissənin sonlarında isə daha bir dəfə fərqlənməklə komandasını hesabda irəli çıxarıb. Bu qol oyunda sonuncu olub və Kamerun millisi turnirə qələbə ilə başlayıb.
Qeyd edək ki, turnirdə hərəsində 4 komanda olmaqla 6 qrupda 24 yığma mübarizə aparır. Reqlamentə əsasən qrupda ilk iki yeri tutan milli komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Fevralın 6-dək davam edəcək turnirdə eyni zamanda 4 qrupda ən yaxşı nəticə əldən komanda da mübarizəni davam etdirəcək.


36432 oxunub

InvestAZ