XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tatami ustalarımız qarşıdakı yarışlara Türkiyədə hazırlaşırlar 
İdman 19:12 / 09.01.2022
Cüdo üzrə yığma komandalarımızın üzvləri Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yanvarın 9-da start götürən hazırlıq prosesində kişi və qadınlardan ibarət cüdoçularımız ustalıq səviyyələrini artırmağa çalışırlar. Türkiyə, Fransa, Belçika, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Gürcüstan və digər ölkələrin iştirak etdiyi təlim-məşq toplanışında 36 cüdoçumuz iştirak edir. Bunlardan 24-ü kişi, 12-si isə qadın cüdoçulardır.
Qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı yanvarın 14-dək davam edəcək.
Xatırladaq ki, böyüklər və gənclərdən ibarət cüdo üzrə yığma komandalarımız sonuncu hazırlığını Göygöl Olimpiya İdman Kompleksində keçib. İlin sonuncu təlim-məşq toplanışında əsasən, Bakı, Sumqayıt, Gəncə və Qəbələdən yaşı 18-dən 31-dək olan cüdoçular iştirak ediblər.
Qeyd edək ki, millimiz yanvarın 28-30-da Portuqaliyanın Odivelas şəhərindəki Qran-pridə, fevralın 5-6-da isə Fransanın paytaxtı Parisdəki "Böyük Dəbilqə” yarışında çıxış edəcək.


31800 oxunub

InvestAZ