XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Benzemadan yeni rekord
İdman 14:21 / 09.01.2022

Madrid "Real”ının hücumçusu Kərim Benzema "Kral klubu”nun heyətində yeni rekorda imza atıb. Fransalı hücumçu bu rekorda doğma meydanda "Valensiya" ilə oyunda nail olub. 34 yaşlı forvard La Liqanın XX turu çərçivəsində "yarasalar”a 4:1 hesabı ilə qalib gəldikləri matçda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə hesabı açan forvard "kral klubu"nun heyətində yerinə yetirdiyi 15-ci penaltini də qola çevirməyi bacarıb. K.Benzema "Real Madrid”in heyətində 11 metrlik cərimə zərbəsini boşa verməyən yeganə oyunçu ünvanına sahib çıxıb.

Hücumçu həmçinin "Real Madrid”in heyətində 300-dən çox qol vuran dördüncü futbolçu kimi klubun tarixinə düşüb. Onun oyunda vurduğu ikinci top "kral klubu”ndakı 301-ci qolu olub. K.Benzema bu göstəriciyə görə Kriştianu Ronaldo (450), Raul Qonzales (323) və Alfredo Di Stefanodan (308) geri qalır.

Hazırda "Real Madrid” 49 xalla çempionata liderliyi davam etdirir. "Valensiya” isə 28 xalla doqquzuncu sırada qərarlaşıb.



39709 oxunub

InvestAZ