XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız Portuqaliya Qran-Prisində yarışacaqlar
İdman 14:24 / 08.01.2022
Yanvarın 28-dən 30-dək Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.
3 gün davam edəcək turnirdə 39 ölkədən 286 (115 kişi, 131 qadın) cüdoçu çıxışını təsdiqləyib.
Yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız Portuqaliya səfərinə 14 cüdoçu ilə yollanacaq. Kişilərin yarışda komandamız Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Uşangi Kokauri (+100 kq) ilə təmsil olunacaq. Qadınların yarışında isə Aydan Vəliyeva, Şəfəq Həmidova (48 kq) və Səbinə Əliyeva (52 kq) tatami üzərinə çıxacaq.


29709 oxunub

InvestAZ