XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



ADBTİA-nın professor-müəllim heyəti üçün ixtisasartırma təlimləri keçirilir
İdman 12:37 / 08.01.2022
AFFA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) əməkdaşlığı çərçivəsində Akademiyanın professor-müəllim heyəti üçün ixtisasartırma təliminə start verilib.
Akademiyanın idmanın oyun növləri kafedrasının professor-müəllim heyəti üçün keçirilən ixtisasartırma təlimi 10 gün davam edəcək.
"Reallığa əsaslanan öyrənmə prosesi” mövzusunda təşkil olunan təlimi AFFA-nın texniki departamentinin rəisi Cahangir Həsənzadə və məşqçi kurslarının instruktorları Aslan Kərimov və Osman Rəhimov keçirlər.
Təlimin məqsədi iştirakçıların UEFA-nın "C” kateqoriyalı məşqçi kursunda praktiki öyrətmə (məşq) prosesində monitorinq və tütorluq fəaliyyətini həyata keçirmək bacarıqlarının inkişaf etdirilməsidir. Təlim iştirakları məşqçilik ixtisası üzrə bakalavriat təhsil səviyyəsinin IV tədris ilinin tələbələrinə uyğun UEFA-nın "C” kateqoriyalı məşqçi kursuna metodist-təlimatçı kimi cəlb olunacaqlar.
Qeyd edək ki, bu təlimlər ADBTİA-nın tələbələrinin daha effektiv və müasir öyrənmə prosesi keçməklə UEFA-nın "C” kateqoriyalı məşqçi lisenziyasına yiyələnməsinə və gələcəkdə daha spesifik məşqçi işi sərgiləyərək ölkəmizdə kütləvi futbola töhfə verməsinə zəmin hazırlayacaq.


30705 oxunub

InvestAZ